Böyük Britaniyada Novruz tədbiri keçirilib - FOTO

Böyük Britaniyada Novruz tədbiri keçirilib - <span style="color: red;">FOTO
# 15 mart 2013 11:06 (UTC +04:00)

Bakı – APA. Şeffild Azərbaycan Cəmiyyəti və Britaniyanın Qazaxıstan Cəmiyyəti Böyük Britaniyanın Şeffild şəhərində Novruz bayramına həsr olunmuş tədbir keçirib. APA-nın xəbərinə görə, Şeffild Azərbaycan Cəmiyyətinin rəhbəri Cavid Məmmədzadənin və Qazaxıstan Cəmiyyətinin rəhbəri Aygerim Abdiorazovun təşəbbüsü ilə gerçəkləşdirilmiş mərasimdə dünyanın müxtəlif ölkələrindən olan tələbələr iştirak ediblər.

Tədbirdə qonaqlara Azərbaycan və Qazaxıstan şirniyyatı təqdim olunub. Eyni zamanda hər iki ölkənin mədəniyyət və incəsənət sahəsindəki maraqlı proqramlarının nümayişi həyata keçirilib. Müxtəlif video-çarxlarda Novruzun Azərbaycan və Qazaxıstanda qeyd edilməsini əks etdirən dəyərli nümunələr yer alıb, iştirakçılara müqəddəs bayramın ənənələri və tarixi keçmişinə dair məlumatlar verilib.

Şeffild Azərbaycan Cəmiyyəti tədbirin təşkilində göstərdiyi köməyə görə Avropa Azərbaycanlıları Cəmiyyətinə təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR