Azərbaycan millisi bu gün Portuqaliya yığması ilə qarşılaşır

Azərbaycan millisi bu gün Portuqaliya yığması ilə qarşılaşır
# 26 mart 2013 12:33 (UTC +04:00)

Bakı-APA. Bu gün Azərbaycanın futbol üzrə milli komandası 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. APA-nın “Apasport.az” saytına istinadən yaydığı məlumata görə, millimiz qrupun favoritlərindən olan Portuqaliya yığmasını qonaq edəcək.


Bununla da yığmamız 6 aylıq fasilədən sonra ev oyununa çıxacaq. Seçmə mərhələyə ötən ilin sentyabrında İsrail yığması ilə Tofiq Bəhramov adına Respublika stadionunda 1:1 hesablı bərabərliklə bitən matçla başlayan Berti Foqtsun yetirmələri ardından səfərdə ardıcıl 4 oyun keçirib.


Millimizi cari seçmə mərhələdə böyük hesabla yenən yeganə komanda məhz indiki rəqibimizdir (0:3). Onun lideri, kapitanı olan Kriştianu Ronaldo Bakıya gəlsə də, bu gün meydana çıxa bilməyəcək. Bu da 28 yaşlı hücumçunun cəzalı durumda olmağı ilə bağlıdır. Ronaldo ilə yanaşı zədəli Nani millimizə qarşı forma geyə bilməyəcək.


26 mart

21:00. AZƏRBAYCAN - PORTUQALİYA

Baş hakim: Andre Marriner
Hakim-köməkçiləri: Simon Peter Bennett, Stüart Bart, Entoni Teylor (hamısı İngiltərə)
(Hakimlər briqadası İngiltərədəndir)
Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan)
Komissar: İstvan Huszar (Macarıstan)

Rusiya

4

4

0

0

8-0

12

İsrail

5

2

2

1

13-8

8

Portuqaliya

5

2

2

1

9-6

8

Ş.İrlandiya

4

0

3

1

3-5

3

Azərbaycan

5

0

3

2

2-6

3

Lüksemburq

5

0

2

3

2-12

2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR