Azərbaycanda temperaturun nisbətən yüksək olması nəticəsində çaylarda sululuq artıb

Azərbaycanda temperaturun nisbətən yüksək olması nəticəsində çaylarda sululuq artıb
# 08 aprel 2013 15:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Son günlərdə ölkə ərazisində temperatur rejiminin nisbətən yüksək olması və dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində respublika çaylarında sululuğun artımı davam edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, son 3 gündə Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsində 1-5 sm, Kiçik Qafqazın çaylarında 1-3 sm, Naxçıvan MR-nın Naxçıvançay çayında 5 sm artım, Lənkəran-Astara bölgəsi çaylarında isə suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-300, Kiçik Qafqazın çaylarında 80-150, Lənkəran-Astara bölgəsi çaylarında 5-70, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.


Son 3 gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 490 m3/s olmaqla, ongünlük normanın 104 faizini təşkil edir. Son 5 gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 13 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 127 m3/s olmaqla, ongünlük normanın 92 faizini təşkil edir. Aprelin 8-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 5 sm, Şirvanda və Salyanda 4 sm, Bankədə və Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma müşahidə olunub, Salyanda isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR