Azərbaycan gömrükçüləri ölkəyə gizli yolla brilyant gətirilməsinin qarşısını alıb

Azərbaycan gömrükçüləri ölkəyə gizli yolla brilyant gətirilməsinin qarşısını alıb
# 09 aprel 2013 16:01 (UTC +04:00)

Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Etibar Məhərrəmovun yüklərinə baxış zamanı bükülü şəkildə, plastik qabda yerləşdirilmiş 1,05 ct ölçülü 1 ədəd brilyant qaş aşkar edilib.

E.Məhərrəmovun üzərində aparılmış şəxsi yoxlama zamanı onun pencəyinin cibindən plastik qabda yerləşdirilmiş 1,23 ct ölçülü daha 1 ədəd brilyant qaş aşkarlanıb. Faktla bağlı izahatında E.Məhərrəmov Dubayda işlədiyini və ondan aşkar edilən qaşların “FlyDubai” aviaşirkətinin əməkdaşı Azad Əmrahova məxsus olduğunu və sonuncunun tapşırığı ilə Bakıya gətirdiyi malı onunla telefon vasitəsilə əlaqə yaradacaq bir şəxsə təhvil verəcəyini bildirib. E.Məhərrəmov gətirdiyi brilyant qaşları gömrük nəzarətinə təqdim etməməsinin səbəbini isə gömrük ödənişlərindən yayınmaq istəyi ilə izah edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR