Gürcüstanın maliyyə naziri: “Azərbaycanla Gürcüstan arasında biznes sahəsində böyük perspektivlər var”

Gürcüstanın maliyyə naziri: “Azərbaycanla Gürcüstan arasında biznes sahəsində böyük perspektivlər var”
# 26 aprel 2013 12:34 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. “Azərbaycanla Gürcüstan arasında böyük perspektivlər var”. Bu barədə Gürcüstanın maliyyə naziri Nodar Xaduri APA-nın Gürcüstan bürosuna açıqlamasında bildirib.

Onun sözlərinə görə, Gürcüstanda bir çox şirkətlər uğurla çalışır: “Hazırda Gürcüstanda çoxlu Azərbaycan investorları çalışır. Təkcə ARDNŞ yox, digər Azərbaycan şirkətləri də ölkəmizdə uğurla fəaliyyət göstərir, müxtəlif layihələr həyata keçirirlər. Ölkələrimizin iqtisadiyyat sahəsində münasibətləri yüksək səviyyədədir. Ən başlıcası, bu sahədə perspektivlərimiz böyükdür. İqtisadi, ticarət, investisiya münasibətlərimiz daha da yaxşılaşacaq”.

N.Xaduri iki ölkə arasında bank sisteminin də inkişaf etdiyini və Gürcüstanda bir neçə Azərbaycan bankının çalışdığını bildirib: “Azərbaycanın bank sistemində Gürcüstandan “TBC Bank”, bizim ölkədə isə “Paşa Bank”, “Qafqaz İnkişaf Bankı”, “Bank of Azerbaijan” çalışır və bu nöqteyi-nəzərdən bizim perspektivlərimiz böyükdür”.

Maliyyə naziri Gürcüstanın vergi orqanları və ARDNŞ arasında anlaşılmazlıq yaranması haqqında Azərbaycan mətbuatında dərc olunan xəbərlərə də aydınlıq gətirib: “Bizim aramızda heç bir problem və anlaşılmazlıq yoxdur. Mən Azərbaycan tərəfdən öz fəaliyyətimizlə bağlı heç bir irad eşitməmişəm. Gürcüstan tərəfinin də heç bir iradı yoxdur. Bizim üçün investorlar vergi ödəyiciləridir. Biz hər zaman investorların hüquq və maraqlarını müdafiə etməliyik. Sözsüz ki, vergi orqanları şirkətlərin işini yoxlamalıdır. Lakin bu idarələrin işinə mane olmamalıdır. Əvvəllər belə deyildi. Vergi idarəsi yoxlayışa gələndə bütün müəssisənin işi dayandırılırdı. İndi belə deyil, yoxlama zamanı şirkətlər işini davam etdirəcək. Bu sahədə ciddi nöqsanlar yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR