Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Xocalı tədbiri keçirib - FOTO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Xocalı tədbiri keçirib - <span style="color: red;">FOTO
# 25 fevral 2013 15:03 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirib. APA-nın məlumatına görə, millət vəkilləri, dövlət və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə çıxış edən komitə sədri Hicran Hüseynova Xocalı soyqırımı haqqında danışaraq bildirib ki, həmin dövrdə Azərbaycan beynəlxalq aləmdə təklənib və informasiya blokadasında olub: “Bu gün cinayətin soyqırım kimi tanınması istiqamətində irəliləyiş var. Bizim komitə Xocalı ilə bağlı il ərzində bir çox sərgi-tədbirlər təşkil edir. Bütün bunlar onu göstərir ki, Azərbaycan cəmiyyəti bu faciəyə biganə qalmır. Biz inanırıq ki, növbəti tədbirlərimizi Xocalı daxil olmaqla, Azərbaycanın işğal altında olan digər torpaqlarında keçiriləcək”.

Millət vəkili Bəxtiyar Əliyev isə qanlı faciədən danışaraq ermənilərin yerli əhaliyə verdikləri işgəncələri diqqətə çatdırıb. Ermənistan rəhbərliyinin Xocalı soyqırımına görə birbaşa məsuliyyət daşıdığını deyən B. Əliyev həmin şəxslərin hərbi cinayətkar olduğunu vurğulayıb.

Sonra faciənin dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırılması məqsədilə “Azərbaycan Gələcəyi” Uşaq və Gənclər Təşkilatının üzvləri ilə Hindistan, Tunis, Livan, Fələstin, Latviya, Ukrayna, Almaniya, Vyetnam, Çernoqoriya, Kipr, Finlandiya, ABŞ, Rumıniya və Qazaxıstan uşaqları arasında internet vasitəsilə dialoq yaradılıb.

Tədbirdə həmçinin “Xocalı uşaqları-Qan içində qar çiçəyi” kitabının təqdimatı keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR