FHN Bakıda baş verən zəncirvarı qəza barədə məlumat yayıb

FHN Bakıda baş verən zəncirvarı qəza barədə məlumat yayıb
# 19 aprel 2013 10:10 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Fövqəladə Hallar Nazirliyi Bakıda səhər saatlarında baş verən zəncirvarı qəza ilə bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda “Mercedes”, “Nissan” və “Mitsubishi” markalı 3 minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 4 nəfər qəzada xəsarət alıb və deformasiyaya uğramış avtomobillərdə sıxılmış vəziyyətdə qalıb. Hadisə şahidlərinin sözlərinə görə, 1 nəfər ölüb və xilasedicilər çatana kimi aidiyyəti üzrə aparılıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları avtomobillərdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR