İTV-nin baş direktoru vəzifəsinə namizədlərin adı açıqlanıb - SİYAHI

İTV-nin baş direktoru vəzifəsinə namizədlərin adı açıqlanıb - <span style="color: red;">SİYAHI
# 22 aprel 2013 08:26 (UTC +04:00)

Milli Televiziya və Radio Şurasından APA-ya verilən xəbərə görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatıb.

İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 4 nəfər iddiaçı – Şəfiyev Şamil Əli oğlu, Quliyev Cəmil Elşad oğlu, Mustafayev Nicat Qafur oğlu və Hüseynov Emin Rafik oğlu sənədlərini təqdim edib.

“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR