Bakıya yağan güclü yağış rabitənin işində problem yaratmayıb

Bakıya yağan güclü yağış rabitənin işində problem yaratmayıb
# 24 aprel 2013 16:08 (UTC +04:00)

«APA-Economics»in Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə Nazirliyin «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyinin (BTRİB) baş direktor müavini Xankişi Kişiyev bildirib.

Onun sözlərinə görə, BTRİB bütün mövsümlərdə rabitənin dayanıqlı və fasiləsizliyini təmin etmək üçün daimi tədbirlər həyata keçirir: «Bakıda qış aylarında havanın şaxtalı, qarlı olması müəyyən problemlər yaratdığı kimi, yaz və payız aylarında intensiv yağışların yağması və yay aylarında şiddətli istilər zamanı rabitənin işində hər hansı problem yaranması ehtimalı böyükdür. Ancaq qeyd etdiyim kimi, rabitəçilər bu problemlərlə rastlaşmamaq üçün qabaqlayıcı tədbirlər həyata keçirib».

Baş direktor müavini güclü yağışların yağması zamanı kabel-kanalizasiya quyularının su ilə dolması zamanı bəzi problemlərin yaranması hallarını istisna etmədi.

Qeyd edək ki, ötən gün yağan yağıntının miqdarı Sumqayıtda 30 mm (aylıq normanın 130%-i), Bakıda 26 mm (aylıq normanın 113%-i), Maştağada 23 mm (aylıq normanın 25%-i), Pirallahıda 16 mm (aylıq normanın 82%-i), Çilov adasında 16 mm (aylıq normanın 89%-i) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR