Serbiyada Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO

Serbiyada Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - <span style="color: red;">FOTO
# 28 aprel 2013 16:42 (UTC +04:00)

Bakı-APA. Bu il aprelin 26-da Azərbaycanın Serbiyadakı səfirliyi və Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konsert və fotosərgi keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, konsert Azərbaycan, serb və dünya bəstəkarlarının klassik musiqi əsərlərindən ibarət olub.

Tədbirdə Serbiyanın dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ölkədə akkreditə olunmuş xarici ölkələrin səfirləri və diplomatik korpusun üzvləri, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, diaspor üzvləri və KİV iştirak edib.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Zərifə Əlizadə və ölkəmizin Serbiyadakı səfirliyinin müşaviri Cavanşir Məcidov, serb mədəniyyət xadimi Radmila Karaklaiçi çıxış edərək, Heydər Əliyevin həyatı və fəaliyyəti, onun Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə sabitliyin bərqərar olunmasındakı xidmətlərindən danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR