Azərbaycanda ər həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirib

Azərbaycanda ər həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirib
# 11 aprel 2013 14:02 (UTC +04:00)

Abşeron rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 16.00 radələrində Xırdalan şəhəri, “Misir” parkının yaxınlığında, 28-ci məhəllədə qeydə alınıb.

Həmin ünvanda yaşayan, Sahib Fərzəliyev qısqanclıq zəminində həyat yoldaşı, 23 yaşlı Nərmin Fərzəliyevanı əvvəlcə döyüb, daha sonra isə ürəyindən bıçaqla vuraraq qətlə yetirib. S. Fərzəliyev qətli törədəndən sonra qaçıb.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən S. Fərzəliyev Binəqədi rayonu ərazisində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR