Azərbaycan ərazisində havanın hərarəti yüksələcək

Azərbaycan ərazisində havanın hərarəti yüksələcək
# 25 mart 2013 08:43 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Sabah – martın 26-da Bakı şəhərində və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, səhər və axşam bəzi yerlərdə zəif duman olacaq, şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-9, gündüz 13-18, bəzi yerlərdə isə 20 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 8-13, bəzi yerlərdə 16 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən martın 26-dan 28-dək Abşeron yarımadasında mülayim yaz havası meteohəssas insanlar üçün əsasən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR