“Mardan Palace” hotelinin baş direktoru: “Hotelimizdə Azərbaycandan heç bir qonaq olmayıb və heç bir toplantı keçirilməyib”

“Mardan Palace” hotelinin baş direktoru: “Hotelimizdə Azərbaycandan heç bir qonaq olmayıb və heç bir toplantı keçirilməyib”
# 29 aprel 2013 11:03 (UTC +04:00)

APA-nın məlumatına görə, bu fikirləri “Mardan Palace” hotelinin baş direktoru Cumhur Özen deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi hotellə bağlı dünya mediasında çıxan xəbərləri izləyən zaman Azərbaycanda son günlər bəzi internet səhifələrində, Mardan Palace və sahibi ilə əlaqədar bəzi yazılar yazıldığını görüb: “Bunu qeyd etmək istəyirəm ki, hotelçilikdə heç bir qonağın hoteldə qonaq olması haqqında məlumat mediaya verilmir, lakin bu, əsassız şayiələrlə bağlı bir açıqlama ehtiyacı duydum. Dəyərli media nümayəndələri, internet səhifələrində yazılmış tarixlərdə hotelimizdə hər hansı bir səbəblə Azərbaycandan heç bir qonaq olmayıb və heç bir toplantı ya da görüş keçirilməyib. Ayrıca, Antalyaya birbaşa təyyarə uçuşlarının mayın 19-dan etibarən başlayacağına diqqətinizi çəkmək istəyərdim. Mövzu ilə bağlı olaraq, media və ictimaiyyətin doğru məlumatlandırılması, çıxan xəbərlərlə əlaqədar Mardan Palase Hoteli və sahibinin əsassız xəbərlərlə bir əlaqəsinin olmadığını qeyd etməklə bu cür şayiələrə inanmamağı rica edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR