İqtisadi inkişaf nazirinin vətəndaşlarla görüşü mayın 4-nə keçirilib

İqtisadi inkişaf nazirinin vətəndaşlarla görüşü mayın 4-nə keçirilib
# 29 aprel 2013 06:56 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin Samuxda mayın 3-də nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı mayın 4-nə keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, saat 10:00-dan etibarən Samux şəhər 2 saylı orta məktəbində keçiriləcək qəbulda Ş.Mustafayev Samux, Goranboy, Göygöl, Daşkəsən, Kəlbəcər, Xocalı rayonlarından, Gəncə və Naftalan şəhərlərindən olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan İqtisadi İnkişaf Nazirliyinin [email protected] elektron poçt ünvanı, 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), həmçinin Nazirliyin Gəncə-Qazax regional bölməsi (Arzu Hacıyev, əlaqə telefonu: (022) 256 02 32, mobil (050) 395 91 97, Gəncə şəhəri, Heydər Əliyev Meydanı, inzibati bina) vasitəsilə qəbula yazılmaları xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR