Azərbaycan prezidenti Xorvatiyaya rəsmi səfərə gedir

Azərbaycan prezidenti Xorvatiyaya rəsmi səfərə gedir
# 09 mart 2013 09:14 (UTC +04:00)

APA-nın Xorvatiya prezidentinin saytına istinadən xəbərinə görə, səfər çərçivəsində Azərbaycan prezidenti xorvatiyalı həmkarı İvo Yosipoviç, parlamentin sədri Yosip Leko, baş nazir Zoran Milanoviç və yerli sahibkarlarla görüşəcək.

Görüşlər zamanı ikitərəfli əlaqələrin gələcək inkişafı, o cümlədən Xorvatiyanın Avropa Birliyinə üzvlüyü, iqtisadiyyat, mədəniyyət, elm və turizm sahələrində əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunacaq.

Səfər zamanı Azərbaycan prezidentini xarici işlər, iqtisadi inkişaf, mədəniyyət və turizm nazirləri müşayiət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR