Bakıda Azərbaycan-Yunanıstan işgüzar görüşü keçiriləcək

Bakıda Azərbaycan-Yunanıstan işgüzar görüşü keçiriləcək
# 04 mart 2013 13:16 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Martın 7-də Yunanıstanın xarici işlər nazirinin müavini Dimitris Kurkulasın rəhbərliyi altında Azərbaycana səfər edəcək Yunanıstanın biznes və ticarət missiyası ilə Azərbaycanda fəaliyyət göstərən sahibkarlar arasında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə işgüzar görüş keçiriləcək.

«APA-Economics»in Azpromo-ya istinadən verdiyi məlumata görə, görüşdə Yunanıstan tərəfini 40 şirkətin nümayəndələri təmsil edəcəklər. Tədbirdə iştirak edəcək yunan sahibkarları qida sənayesi, turizm, səhiyyə, əczaçılıq, tikinti və dizayn, aviasiya, İKT, neft və qazın satışı, alüminium, kabel, metal konstruksiyaları, paltar, xəz, kallogen istehsalı, metal emalı, korroziyadan müdafiə, işıqlandırma sistemləri, suvarma və istilik sistemləri üçün klapan və fittinqlərin istehsalı, elektrik mühəndisliyi, konsaltinq xidmətləri və digər sahələri təmsil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR