Bank Of Baku

Kobaxidze Almaniya səfirini Gürcüstanla əlaqələri zədələməyə çalışmaqda ittiham edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze

© APA | Gürcüstanın Baş naziri İrakli Kobaxidze

# 04 iyun 2024 13:49 (UTC +04:00)

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Almaniya səfiri Peter Fişeri Gürcüstan-Almaniya əlaqələrini zədələməyə çalışmaqda ittiham edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, hökumət başçısı Almaniyanın Gürcüstandakı səfirinin müxtəlif media orqanları vasitəsilə dezinformasiyalar yaydığını bildirib.

“Almaniya bizim dostumuz və tərəfdaş ölkədir, heç bir səfir bu ənənəvi dostluğu və tərəfdaşlığı poza bilməz. Hazırkı səfir buna çalışır. Nəticə etibarilə o, buna nail ola bilməyəcək”, - Kobaxidze deyib.

Kobaxidze qeyd edib ki, Peter Fişer “X” platformasında Almaniya kansleri Olaf Şoltsun sitatını paylaşaraq bu sözlərin Gürcüstanla bağlı neqativ kontekstə deyilməsi görüntüsü yaratmağa çalışıb.

Qeyd edək ki, Peter Fişer iyunun 2-də kansler Olaf Şoltsun bu sözlərini paylaşıb:

“Bu günlərdə siyasi motivli düşmənçilik və hücumlar artmaqdadır. Bizim nifrət və zorakılığa tolerantlığımız yoxdur. İnsanların əksəriyyəti ləyaqətli insanlardır. Onların səsi şübhəsiz eşidilməlidir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR