Məhsəti Gəncəvinin dünyanın müxtəlif kitabxana və arxivlərində saxlanan əlyazma nümunələri Gəncəyə gətirilir

Məhsəti Gəncəvinin dünyanın müxtəlif kitabxana və arxivlərində saxlanan əlyazma nümunələri Gəncəyə gətirilir
# 03 aprel 2013 13:42 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Məhsəti Gəncəvinin 900 illik yubileyi ilə əlaqədar ədibin vətəni Gəncədə geniş hazırlıq işləri görülür.

APA-nın məlumatına görə, tədbirlərdə qonaqlara təqdim etmək üçün şairənin dünyanın müxtəlif kitabxana və arxivlərində saxlanan əlyazmalarının və miniatürlərinin bəzi nümunələri Gəncəyə gətirilir. Bu yaxınlarda şairənin Misirin İsgəndəriyyə kitabxanasında, ABŞ-ın Metropol Muzeyində və Yel Universitetində saxlanan miniatür, illüstrasiya və rübailəri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin vasitəçiliyi ilə əldə olunub.

Qeyd edək ki, Məhsəti Gəncəvinin rübailəri əsasında çəkilmiş 110-a yaxın miniatür və illüstrasiyalar toplu halında çapa hazırlanıb. Bundan əlavə, məşhur ingilis tədqiqatçısı Paul Smitin Məhsəti Gəncəviyə həsr olunmuş 6 monoqrafiyasının Azərbaycan dilinə tərcüməsinə başlanılıb, "Məhsəti Gəncəvi tədqiqatçıların gözü ilə" və Məhsəti Gəncəvinin musiqi dünyası" kitabları çapa hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR