«VTB-Azerbaijan»ın qeyri-faiz zərəri 19% artıb

«VTB-Azerbaijan»ın qeyri-faiz zərəri 19% artıb
# 28 fevral 2013 12:44 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «VTB-Azerbaijan» ASC-nin 2012-ci ildə əldə etdiyi gəlirlərin həcmi 8,234 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin analoji göstəricisindən 67,9% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 34,8% artaraq 11,113 mln. manata çatıb.

Bankdan bildirilib ki, ötən ili bank 2,879 mln. manat zərərlə başa vurub, bu da 2011-ci il nəticəsində yaranmış zərərdən (3,339 mln. manat) 13,8% azdır.

Qeyd edək ki, hesabat ilində bankın faiz gəlirləri 7,302 mln. manat, qeyri-faiz gəlirləri 0,932 mln. manat, faiz xərcləri 2,406 mln. manat, qeyri-faiz xərcləri isə 6,951 mln. manata bərabər olub. Ötən ilin yekununda bankın faiz mənfəəti 53,1%, qeyri-faiz zərəri isə 19,1% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR