Əvəz Zeynallının hüquqlarını müdafiə komitəsi mətbuat konfransı keçirib

Əvəz Zeynallının hüquqlarını müdafiə komitəsi mətbuat konfransı keçirib
# 13 mart 2013 10:31 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının hüquqlarının müdafiə komitəsi onun həbsi ilə bağlı mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, komitənin üzvü Əfqan Muxtarlı bildirib ki, istintaqın gedişi və məhkəmənin hökmü onun həbsinin siyasi motivli olduğu barədə əvvəldən deyilənləri bir daha təsdiqləyib.

Ə. Muxtarlı qeyd edib ki, Ə. Zeynallıya qarşı iddiaçı olan Gülər Əhmədovanın prosesə qoşulmadan belə bir hökm verilməsi düzgün deyil.

Digər çıxışçılar da Ə. Zeynallı barəsində çıxarılan hökmlə razılaşmadıqlarını vurğulayıblar.

Tədbirdə məhkəmə hökmündən apellyasiya şikayəti veriləcəyi, Ə. Zeynallının azadlığa çıxması üçün beynəlxalq təşkilatla sıx əməkdaşlıq ediləcəyi də bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR