Şərqi Avropada Təhsil Alan Tələbələr və Məzunlar İctimai Birliyi bəyanat yayıb

Şərqi Avropada Təhsil Alan Tələbələr və Məzunlar İctimai Birliyi bəyanat yayıb
# 03 aprel 2013 13:39 (UTC +04:00)

Bakı-APA. Şərqi Avropada Təhsil Alan Tələbələr və Məzunlar İctimai Birliyi bəyanatla çıxış edib. Birlikdən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, hakimiyyətin mənbəyi xalqdır: “Hakimiyyət istənilən insan münasibətlərinin ayrılmaz hissəsidir.

Son günlərdə Gürcüstan prezidenti Mixail Saakaşvilinin Azərbaycanda baş verə biləcək hakimiyyət çevrilişi barədə dedikləri müxtəlif dairələrdə müxtəlif cür qarşılanır.

Günümüzdə belə bir planların olduğu təqdirdə belə Azərbaycanda qeyri-stabilliyin yaradılması məsələsi real deyil. Bu məsələyə dərindən yanaşsaq iki səbəb ortaya çıxar. Birincisi müxalifətdə nüfuzlu şəxslərin olmaması, keçmişdə nüfuzu olanların isə bugünkü gün öz nüfuzlarını artıq itirmişlər. Bu gün hakimiyyətdə möhtərəm prezidentimiz İlham Əliyev cənabları ölkədə ən nüfuzlu siyasi liderdir. Xalqımız XX əsrin 90-cı illərin əvvəllərində ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər olan müddətdə dövlətimizin hansı vəziyyətdə olduğunu görənlər xatırlayır görməyənlər isə ən azından kitablardan və KİV-lərdən məlumatlanıblar. Belə olduğu təqdirdə öz yaxın tarixində bu dəhşətləri yaşamış xalqımızın öz prezidentinin yanında olacağı şübhəsizdir.

İkinci məsələ isə hərəkətverici qüvvə məsələsidir. Sözsüz ki, hakimiyyət dəyişikliyinə nail olmaq üçün hərəkətverici qüvvə gənclər və tələbələrdir. Bu məsələdə də hakimiyyəti dəyişmək istəyənlər fiaskoya uğrayacaqlar. Prezident Saakaşvilinin qeyd etdiyi kimi hakimiyyət dəyişikliyini böyük pullar sərf edərək həyata keçirmək istəyirlər. Lakin özümüzə belə bir sual verək. Doğurdanmı Azərbaycan gəncləri pula görə öz vətənlərini, və onların hər zaman arxalarında duran hakimiyyəti satarlar? Bu cür mülahizə yeritməklə Bizləri kim hesab edirlər? Sözsüz ki, bu sualların cavabı hər kəsə səma kimi aydındır. Bugünkü Azərbaycan gəncliyi möhtərəm prezidentimiz İlham Əliyevin hakimiyyətini tam olaraq dəstəkləyir və kənar qüvvələrin onları yoldan çıxarmaq meylləri sadəcə onların reallaşmayacağı bir arzuları olaraq qalacaqdır.

Azərbaycan xalqı azad xalqdır və tarix boyu bu azadlığını qorumaq üçün çox qurbanlar verməli olub. Şərəfli tariximizlə hər bir Azərbaycan gənci öyünür və bugünkü günümüzdə də xalqımızın qurduğu hakimiyyəti kənar qüvvələrə təslim etmək barədə olan arzuların reallaşmasına məhz elə xalqımız da imkan verməyəcəkdir.

Fəal Azərbaycan gəncliyi olaraq gənclərin öz sevimli prezidentlərini dəstəklədiklərini və hər zaman onun yanında olduğunu və bu cür təxribatların boşa atılmış bir addım olduğunu hesab edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR