Səhiyyə naziri Oqtay Şirəliyev Fransanın sabiq baş naziri və ticarət məsələləri üzrə vəkili ilə görüşüb

Səhiyyə naziri Oqtay Şirəliyev Fransanın sabiq baş naziri və ticarət məsələləri üzrə vəkili ilə görüşüb
# 12 fevral 2013 14:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanda rəsmi səfərdə olan Fransanın sabiq baş naziri və ticarət məsələləri üzrə vəkili Dominik de Vilpeninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, görüşdə ölkələr arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi və gələcək perspektivləri müzakirə olunub.

Qonaqlar əczaçılıq sahəsində əlaqələrin inkişafı, tibb müəssisələrinin menecmenti üzrə təlimlərin təşkili, Avropa Birliyinin TWİNİNG və TAIEX təsisatlarından istifadə, qeyri-infeksion xəstəliklərə qarşı mübarizə tədbirləri çərçivəsində məlumat mübadiləsi, diplomdan sonrakı təkmilləşmə, birgə elmi-tədqiqat işlərinin aparılması, tibb müəssisələrinin və tibbi təhsil ocaqlarının birbaşa əlaqələri və digər sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması haqqında müzakirələr aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR