Şəkərli diabet xəstələri və risk qrupuna aid əhali üçün pulsuz təlimlər keçiriləcək

Şəkərli diabet xəstələri və risk qrupuna aid əhali üçün pulsuz təlimlər keçiriləcək
# 15 fevral 2013 14:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) şəkərli diabet xəstələri və risk qrupuna aid əhali üçün pulsuz təlimlər keçiriləcək.

İctimai Səhiyyə və İslahatlar Mərkəzindən APA-ya verilən xəbərə görə, pulsuz təlimlər İSİM və Azərbaycan Diabet Cəmiyyətinin birgə “Diabet Məktəblərinin təşkili” layihəsi çərçivəsində təşkil olunacaq.

Fevralın 18-22-də şəkərli diabet xəstələri, 25-27-də risk qrupuna aid əhali pulsuz təlimlərdən yararlanacaq. Həkim-endokrinoloq tərəfindən aparılan təlimlər zamanı iştirakçılara şəkərli diabetlə bağlı biliklər aşılanacaq, maarifləndirici materiallar paylanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR