Türkiyədə İrana casusluqda şübhəli bilinən on bir nəfər tutulub

Türkiyədə İrana casusluqda şübhəli bilinən on bir nəfər tutulub
# 29 avqust 2012 10:36 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, şübhəlilərin Türkiyənin Şərq və Cənub-Şərqində üsyana cəhd etdikləri və suriyalı müxalifətçilər barədə SAVAK-a məlumat ötürdükləri bildirilir. Türkiyə polisini onların təxminən 1 il əvvəl bir mikroavtobusdan İqdır Jandarm Komandanlığının binasının fotoşəkillərinin çəkmələri şübhələndirib. Polislər mikroavtobusu təqib edərək saxlayıb və içindəki İran əsilli iki şübhəlini - Şəhram Zərqam Kohen və Məhəmməd Rza Esmailpur Əli Maliki tutublar. Saxlanılanların bəzi strateji əhəmiyyətli hərbi birliklərin və polis şöbələrinin şəkillərini çəkdikləri də məlum olub.

İstintaq araşdırmalarını davam etdirən Türkiyə kəşfiyyatçıları dünən 10 ünvanda əməliyyat-axtarış tədbirləri həyata keçirib. Keçirilən əməliyyat tədbirləri nəticəsində İqdırda 6, Ağrıda 1, Vanda 1 və Kocaeli Gəbzədə 1 nəfər saxlanılıb. Şübhəlilərin ev və iş yerlərində aparılan axtarışlarda 1 “Kalaşnikov” avtomatı, 1 ov tüfəngi, İranla aparılan gizli yazışmalarla bağlı qeydlər və bəzi terrorçularla telefon danışıqlarının qeydləri tapılıb.

Suriyadan Türkiyəyə gələn qaçqınların məskunlaşdıqları düşərgələrinin fotoşəkilləri və məlumatları ilə hökumətlə əlaqədar məlumatları da İrana ötürən 9 nəfərin, hərbi birliklərin mövqeləri, rəsmi dairələrlə əlaqədar məlumat yığdıqları da iddia edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR