Azərbaycanda baş verən yol qəzasında 2 nəfər ölüb, 5 nəfər yaralanıb

Azərbaycanda baş verən yol qəzasında 2 nəfər ölüb, 5 nəfər yaralanıb
# 01 iyun 2012 06:40 (UTC +04:00)
Hadisə mayın 31-i axşam saatlarında Quba-Tüləkəran yolunun 3-cü kilometrliyində qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qubadan Tüləkəran istiqamətində hərəkət edən, Quba rayon sakini İdris Abbasovun idarə etdiyi 10-GL-660 dövlət nömrə nişanlı “VAZ 21 06” markalı nəqliyyat vasitəsi onunla əks istiqamətdə hərəkət edən Quba rayon sakini, Nemət Babayevin idarə etdiyi 10-FO-420 dövlət nömrə nişanlı “VAZ 21 06” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində 10-GL-660 dövlət nömrə nişanlı maşında olan Eldəniz Qayıbov və 10-FO-420 dövlət nömrə nişanlı avtomobillə olan Tapdıq Şıxməmmədov aldıqları xəsarətlərdən dünyasını dəyişib. Nəqliyyat vasitələrində olan 5 şəxs - Quba rayon sakinləri, 32 yaşlı Şaiq Əlməmmədov , 26 yaşlı, Elşən Fətəliyev, 32 yaşlı Eyvaz Şahbabayev, 10-GL-660 dövlət nömrə nişanlı maşının sürücüsü İdris Abbasov, 10-FO-420 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 25 yaşlı Xaçmaz rayon sakini Nemət Babayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Yaralılardan Elşən Fətəliyevin xəsarətləri yüngül olduğundan ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı Quba rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR