Daşkəsənin Bayan kəndində evlərin üstünə qaya parçası düşüb

Daşkəsənin Bayan kəndində evlərin üstünə qaya parçası düşüb
# 14 aprel 2012 14:42 (UTC +04:00)
Daşkəsən. Ayxan Hüseynov - APA. Daşkəsən rayonunun Bayan kəndində qaya uçaraq iki evin üstünə tökülüb. APA-nın Qərb bürosunun məlumatına görə, hadisə aprelin 13-də saat 23:00 radələrində baş verib. Qayalıq ərazidə qayanın bir hissəsi uçaraq yaxınlıqda yerləşən Gülnarə Vəliyeva və Vidadi Rəsulova məxsus evlərin üzərinə və qəbristanlığa gedən yola tökülüb. İri daş parçaları evlərdən birinin darvaza və hasarını uçurub. Digər evin isə divarı uçub. Hər iki mənzildə yaşayış olsa da, xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.

Olay yerinə gələn rayon rəhbərliyi və rayon Fövqəladə Hallar Komissiyasının əməkdaşları əraziyə baxış keçiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR