FHN Qubadakı yanğınlarla bağlı məlumat yayıb

FHN Qubadakı yanğınlarla bağlı məlumat yayıb
# 02 mart 2012 09:40 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Quba rayonunda baş verən yanğınlarla bağlı məlumat açlqlayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumatda bildirilib ki, Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 187 kv.m olan mansarda tipli evin yanar konstruksiyaları və ev əşyaları, ümumi sahəsi 96 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar, habelə hər birinin sahəsi 18 kv.m olan 2 talvarın yanar konstruksiyaları (ümumi 319 kv.m) yanıb. Yaxınlıqdakı evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 18:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məlumatda o da bildirilib ki, Quba şəhərində hər birinin sahəsi 20 kv.m olan 2 qarajın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 12:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR