Azərbaycan parlamenti Hesablama Palatasının ötən ilki hesabatını müzakirə edir

Azərbaycan parlamenti Hesablama Palatasının ötən ilki hesabatını müzakirə edir
# 06 aprel 2012 09:59 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Hesablama Palatasının 2011-ci il üçün hesabatı müzakirə olunub. APA-nın xəbərinə görə, hesabatı parlamentarlara Palatanın sədri Heydər Əsədov təqdim edib.

Hesabatda Palatanın 2011-ci ildə keçirdiyi yoxlamalar zamanı aşkarladığı nöqsanlar barədə məlumatlar yer alıb. H.Əsədov bildirib ki, Palatanın təqdimatı ilə büdcə təşkilatlarında çalışan 25 nəfər işdən çıxarılıb, onlarla şəxsə töhmət verilib. Palatanın aşkarladığı nöqsanlar nəticəsində 2 iş üzrə cinayət işi açılıb və həmin işlər artıq istintaqa göndərilib. Daha 2 cinayət işi isə vergi istiqaməti üzrə olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR