Azərbaycanda plastik bank kartlarının sayı 9% artıb

Azərbaycanda plastik bank kartlarının sayı 9% artıb
# 03 iyul 2012 14:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda buraxılmış plastik bank kartlarının sayı 2012-ci il mayın 1-nə 4 750 min ədəd təşkil edib ki, bu da 2011-ci ilin mayın 1-nə nisbətən 397 min ədəd və ya 9,1% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kartların 2 585 mini sosial kartlar, 1 360 mini əmək haqqı kartları, 590 mini digər debet kartları, 215 mini isə kredit kartları təşkil edir.

Aprel ayı ərzində plastik kartlarla 4 241 min əməliyyat aparılıb, əməliyyatların həcmi 647 mln. manat təşkil edib ki, bu göstəricilər son bir ildə müvafiq olaraq 16,1% və 27,9% artıb.

Debet kartlarla aparılan əməliyyatların sayı 3 945 minə bərabər olub ki, bu da ümumi sayın 93,0%-ni təşkil edir. Debet kartlarla əməliyyatların həcmi isə 567 mln. manat təşkil edib və bu, ümumi həcmin 87,6%-ni təşkil edir. Öz növbəsində kredit kartları ilə 296 min əməliyyat aparılıb, əməliyyatların həcmi isə 80 mln. manata bərabər olub.

Debet kartları üzrə aparılan bir əməliyyatın ortalama həcmi 143,7 manat, kredit kartları üzrə isə 270,3 manat təşkil edib.

Qeyd edək ki, apreldə plastik kartlarla əməliyyatların 3 580 mini və ya ümumi sayın 84,4%-i nağd pulun çıxarılması məqsədilə aparılıb. Bu əməliyyatların həcmi 576 mln. manat olub ki, bu da ümumi həcmin 89,0%-ni təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR