İsveç Azərbaycanlılar Konqresi İranda azərbaycanlı şairlərin həbsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

İsveç Azərbaycanlılar Konqresi İranda azərbaycanlı şairlərin həbsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
# 09 iyul 2012 07:41 (UTC +04:00)
Bakı-APA. İsveç Azərbaycanlılar Konqresi İranda iki azərbaycanlı şairin həbs olunması ilə bağlı bu ölkədə və digər dövlətlərdə yerləşən beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. APA-nın məlumatına görə, müraciətdə bu faktdan narahatlıq ifadə olunur və şairlərin tezliklə azadlığa buraxılmasına dəstək verilməsi xahiş edilir.

İsveç Azərbaycanlılar Konqresi həmçinin Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin bununla bağlı müraciətini də dəstəklədiklərini bəyan ediblər. Müraciətin mətni vəziyyətlə yaxın tanış olunması üçün İsveç parlamentinə və hüquq-müdaiəf təşkilatlarına göndərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR