Bakıda bu yay əqrəb sancan şəxslərin sayı 33 nəfərə çatıb

Bakıda bu yay əqrəb sancan şəxslərin sayı 33 nəfərə çatıb
# 01 avqust 2012 10:14 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu il yay mövsümündə Bakıda əqrəb sancması ilə bağlı təcili yardıma müraciət edənlərin saylı 33 nəfərə çatıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidovanın APA-ya verdiyi məlumata görə, müraciət edənlərdən 24-ü xəstəxanaya yerləşdirilib. Son hadisə ötən gün Binəqədi rayonunda baş verib. Xocasən qəsəbəsində 50 yaşlı kişini yaşadığı evin həyətində əqrəb sancıb. İlkin tibbi yardım göstərilən yaralı Mərkəzi Klinik Xəstəxananın Toksikologiya şöbəsinə yerləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR