Britaniya Culian Assancı Ekvadora buraxmamaq niyyətindədir

Britaniya Culian Assancı Ekvadora buraxmamaq niyyətindədir
# 16 avqust 2012 20:20 (UTC +04:00)
Bakı-APA. Britaniya hökuməti qalmaqallı WikiLeaks portalının qurucusu Culian Assancın ölkədən təhlükəsiz şəkildə çıxıb Ekvadora getməsinə imkan verməyəcək.
APA-nın gazeta.ru saytına istinadən verdiyi xəbərə görə, Ekvador Culian Assanca siyasi sığınacaq verməsi barədə məlumat yayıb.
Britaniya xarici işlər naziri Uilyam Heyq deyib ki, iyunun 19-dan Londondakı Ekvador səfirliyində sığınacaq tapan Assanca ölkədən sərbəst çıxmasına imkan verilməyəcək, buna heç bir əsas yoxdur. “Biz diplomatik sıxınacaq prinsipini tanımırıq”.
Xatırladaq ki, Britaniya məhkəməsi Assancın İsveçə ekstradisia olması barədə qərar qəbul edib. İsveç WikiLeaksin yaradıcısını cinsi təcavüzdə ittiham edir. Lakin Assaanc ehtiyat edir ki, İsveç öz növbəsində onu ABŞ-a ekstradisiya edəcək. Vaşinqton onu ölkənin təhlükəsizliyinə zərər vurmaqda ittiham edir.
Heyq vurğulayıb ki, Assancın ekstradisiya olunması ABŞ-la bağlı deyil, yalnız İsveçin irəli sürdüyü ittihamlarla bağlıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR