“Yay düşərgəsi”nin iştirakçıları Qubadakı kütləvi soyqırımı məzarlığını ziyarət ediblər

“Yay düşərgəsi”nin iştirakçıları Qubadakı kütləvi soyqırımı məzarlığını ziyarət ediblər
# 29 avqust 2012 14:31 (UTC +04:00)
Bakı-APA. Azərbaycan və Litva gənclərinin birgə “Yay düşərgəsi”nin iştirakçıları Qubadakı kütləvi soyqırımı məzarlığını ziyarət ediblər. APA-nın xəbərinə görə, düşərgə iştirakçıları Qubada soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyublar. Düşərgə iştirakçılarına soyqırımı məzarlığı, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları barədə məlumat verilib. Yay düşərgəsinin iştirakçıları Quba rayonunun tarixi və gəzməli yerləri, Şahdağ Dövlət Qoruğu ilə də tanış olublar.

Xatırladaq ki, yay düşərgəsinin təşkili bu ilin aprel ayının 2-də Bakı şəhərində keçirilən Azərbaycan-Litva İkitərəfli Əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın ikinci iclası zamanı razılaşdırılıb və iki ölkə arasında əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi, ictimai qurumlar və gənclər təşkilatları arasında dialoqun genişləndirilməsi məqsədini daşıyır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR