Meksikada 73 mühacirin məzarı aşkarlanıb

Meksikada 73 mühacirin məzarı aşkarlanıb
# 22 sentyabr 2012 03:55 (UTC +04:00)
Bakı-APA. Meksikada növbəti kütləvi məzarlıq aşkar olunub. Çyapas ştatında 73 nəfərin basdırılmış cəsədləri aşkarlanıb. Onların Mərkəzi Amerika ölkələrindən gələn mühacirlər olduğu güman olunur. Cəsədlər 2000-2012-ci illərdə basdırılıblar.

Kütləvi məzarlıqlar Meksika üçün adi haldır. Ölkənin mafioz qrupları öldürdükləri düşmənlərini adətən kütləvi məzarlıqlarda basdırırlar. 2010-cu «Los-Setas» narkokartelinin başçısı Edqar Uerta 600-dən çox mühaciri qətlə yetirib basdırdığını etiraf edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR