Kürdəmirdə baş verən yol qəzasında bir nəfər ölüb, baba və nəvə yaralanıb

Kürdəmirdə baş verən yol qəzasında bir nəfər ölüb, baba və nəvə yaralanıb
# 29 oktyabr 2012 06:54 (UTC +04:00)
APA-nın aran bürosunun məlumatına görə, hadisə Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində qeydə alınıb.

Kürdəmir rayonu Sığırlı kənd sakini Rafiq Piriyevin idarə etdiyi “Mercedes” markalı minik maşını ilə İmişli rayonunun Ağamalılar kənd sakini, 1954-cü il təvəllüdlü Məmmədzadə Cəmil Məmmədəli oğlunun idarə etdiyi “Toyota” markalı minik maşını toqquşub.

Nəticədə “Mercedes” markalı maşının sürücüsü dünyasını dəyişib. “Toyota”nın sürücüsü və nəvəsi - 5 yaşlı Məmmədzadə Cəmil Əli oğlu müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR