İsrail XİN nümayəndəsi: «İsrail-Azərbaycan münasibətləri özünün zirvə nöqtəsindədir»

İsrail XİN nümayəndəsi: «İsrail-Azərbaycan münasibətləri özünün zirvə nöqtəsindədir»
# 29 oktyabr 2012 21:47 (UTC +04:00)
Qüds. Anaxanım Hidayətova - APA. «İsrail-Azərbaycan münasibətləri özünün zirvə nöqtəsindədir, qarşılıqlı əlaqələrin əsas aspekti enerji sektorudur». APA-nın İsrailə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bunu İsrail xarici işlər nazirliyinin ikinci departamentinin direktoru Oded Cozef bəyan edib. O.Cozefin sözlərinə görə, İsraildə karbohidrogen ehtiyatlarının kəşfi ilə iki ölkə arasındakı münasibətlər daha da sıxlaşır: «Azərbaycan enerji resurslarının hasilatında böyük təcrübəsi olan ölkədir, tərəflər Aralıq dənizinin İsrailə aid olan sahəsində birgə işlər görürlər. Bizim üçün azərbaycanlı həmkarlarımızın bu sahədəki təcrübəsini götürmək vacibdir. Həmçinin güman edirəm ki, İsraildə ARDNŞ-in fəaliyyəti üçün böyük potensial var» .

Diplomat həmçinin qeyd edib ki, İsrail tibb avadanlığı, informasiya texnologiyaları, kənd təsərrüfatı sahələrində Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq istəyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR