Müsavat Partiyası “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişiklikləri pisləyib

Müsavat Partiyası “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişiklikləri pisləyib
# 06 noyabr 2012 12:35 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Müsavat Partiyası “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna edilən dəyişikliklərlə bağlı bəyanat verib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, partiya qanunda insanların sərbəst toplaşmasının qarşısının alınmasına yönələn əlavələrin Milli Məclis tərəfindən prezident seçkiləri ərəfəsində qəbul edilməsini pisləyir.

“Bu əlavələrin qüvvəyə minməsi təqdirində ölkədə baş verəcək xoşagəlməz hadisələrin məsuliyyəti hakimiyyətin üzərinə düşür”, - deyə bəyanatda vurğulanır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR