“Feyenoord”un baş məşqçisi: “I Qəbələ kuboku” turniri sadəcə olaraq fantastik yarışdır

“Feyenoord”un baş məşqçisi: “I Qəbələ kuboku” turniri sadəcə olaraq fantastik yarışdır
# 02 iyun 2012 08:21 (UTC +04:00)
Bakı-APA. “I Qəbələ kuboku” turniri sadəcə olaraq fantastik yarışdır. Burada hər şey əla təşkil olunub. Komandalar üçün hər cür şərait yaradılıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri Hollandiyanın “Feyenoord” klubunun baş məşqçisi Rob Kurvers deyib.

Hollandiyalı mütəxəssis 15 yaşadək futbolçular arasında təşkil olunan “I Qəbələ kuboku” haqda fikirlərini açıqlayıb: “Bizim üçün bu turnirdə nəticə vacib deyil. Əsas futbolçuların inkişafı, yetişməsidir. Gün ərzində 2 oyun keçirdik ki, ikincisində daha yaxşı oynadıq. “Qəbələ”yə müqavimət göstərib yalnız penaltilərlə uduzduq. “Qarabağ”la sonuncu olmamaq üçün oynayacağımız matçda rəqibindən bir qol artıq vursaq qələbə qazanarıq. Hakimlikdən isə narazılığım yoxdur. Futbolçu düzgün hərəkət etmirsə cəzalanmalıdır”
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR