Bu ilin I yarısında Azərbaycan Ceyhan limanından 10 mln. tondan çox xam neft ixrac edib

Bu ilin I yarısında Azərbaycan Ceyhan limanından 10 mln. tondan çox xam neft ixrac edib
# 02 iyul 2012 15:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2012-ci ilin iyun ayında Novorossiysk limanından 164,662 min ton, Supsa limanından 80,788 min ton, Çeyhan limanından 1,619 mln. ton xam neft ixrac edib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə yanvar-iyun ayları ərzində Novorossiysk limanından 985,405 min ton, Supsa limanından 1,296 mln. ton, Ceyhan limanından isə 10,352 mln. ton xam neft ixrac edilib.

ARDNŞ-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-a məxsus xam neft həcmlərini əks etdirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR