Ceyms Appaturay: “Azərbaycanın NATO-ya üzvlüyü gündəlikdə deyil”

Ceyms Appaturay: “Azərbaycanın NATO-ya üzvlüyü gündəlikdə deyil”
# 05 iyul 2012 07:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Apaturay Bakıda ANAMA və NATO-nun birgə təşkilatçılığı ilə həyata keçirilən Ceyrançöl layihəsinin açılış mərasiminə qatılıb.

APA-nın məlumatına görə, C. Appaturay jurnalistlərə açıqlamasında ANAMA-nın mövcud texniki imkanlarını yüksək qiymətləndirib, NATO-nun dəstəyi ilə bir sıra layihələr reallaşdırıldığını vurğulayıb.

Azərbaycanın NATO-ya üzvlüyü ilə bağlı məsələnin gündəlikdə olmadığını deyən Appaturay Ermənistan və Azərbaycan arasında son aylar cəbhə xəttində vəziyyətin gərginləşməsindən narahat olduqlarını ifadə edib. O, NATO-nun münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun səylərini dəstəklədiyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR