Dövlət Arxivinin Bakı filialının rüşvətxorluqda təqsirləndirilən sabiq direktorunun məhkəməsi başlayıb

Dövlət Arxivinin Bakı filialının rüşvətxorluqda təqsirləndirilən sabiq direktorunun məhkəməsi başlayıb
# 11 sentyabr 2012 12:15 (UTC +04:00)
APA-nın məlumatına görə, hakim Novruz Kərimovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hüquqları izah olunub. Prosesin baxış iclası isə sentyabrın 20-nə təyin edilib.

Baş Prokurorluğun yaydığı məlumata görə, Ş. Şükürov paytaxtın Xəzər rayonu ərazisində yaşayış evlərinin tikilməsi üçün torpaq sahələrinin ayrılması haqqında sərəncamın təsdiq olunmuş surətinin verilməsinə görə vətəndaşdan 1.000 manat pul tələb etməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş müraciəti araşdırılıb.

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ş.Şükürov 15 may 2012-ci il tarixdə arxivin Bakı şəhəri, Z.Bünyadov küçəsi 3 saylı ünvanda yerləşən inzibati binasındakı xidməti otağında 800 manat pulu vətəndaşdan rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Həmin pullar hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib.
Ş.Şükürovun xidməti otağına keçirilmiş baxış zamanı vətəndaşın təqdim etdiyi sorğu və bununla bağlı hazırlanmış sənədlər aşkar edilərək götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR