Xəzərin Azərbaycan sektorunda sualtı seysmik stansiyaların quraşdırılmasına başlanacaq - FOTO

Xəzərin Azərbaycan sektorunda sualtı seysmik stansiyaların quraşdırılmasına başlanacaq - <font color=red>FOTO</font>
# 08 oktyabr 2012 08:34 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Xəzərin Azərbaycan sektorunda sualtı stansiyalar quraşdıracaq ABŞ-ın “Kinemetrics” şirkətinin vitse-prezidenti Ogie Kuraica bildirib. Onun sözlərinə görə, stansiyalar bu ilin sonuna qədər işlək vəziyyətdə olacaq.

O. Kuraica deyib ki, Xəzərin Azərbaycan sektorunda daha 4 stansiya quraşdırılacaq. Həmin stansiyalar AMEA-nın nəzdində olan Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən idarə olunacaq: “Biz Xəzərin Azərbaycan sektorunda 3 dənizdibi stansiyanın quraşdırılmasına hazırlaşırıq. Bu da insanların həyatlarının xilası üçün çox vacibdir. Xəzərdə zəlzələlərin qeydiyyatı aparılacaq və həmin məlumatlar dünya səviyyəsinə uyğun aparatlar vasitəsilə emal olunacaq”.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorunda dənizdibi stansiyalar “Ümid”, “Günəşli” və “Bahar” yataqlarında quraşdırılacaq. Bu, MDB məkanında quraşdırılacaq ilk sualtı stansiyalar olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR