Urmiya gölünün quruması nəticəsində duzlar külək vasitəsilə Salmas şəhərinə yayılır

Urmiya gölünün quruması nəticəsində duzlar külək vasitəsilə Salmas şəhərinə yayılır
# 25 oktyabr 2012 22:44 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın Qərbi Azərbaycan vilayətində yerləşən Urmiya gölünün quruması nəticəsində yaranmış duz kütlələri külək vasitəsilə Salmas şəhərinə də yayılır. APA-nın HRANA-ya istinadən məlumatına görə, Salmasa əsən duz yelləri əhalinin səhhətinə də mənfi təsir göstərir. Bu barədə Salmas şəhərinin Sağlamlıq İdarəsindən verilən məlumata görə, duz küləkləri səbəbindən gözündən şikayət edən sakinlərin sayı getdikcə artır. İdarədən bildirilib ki, duz küləkləri əhali arasında göz, ağciyər və dəri xəstəliklərini yaya bilər.
Qərbi Azərbaycan vilayətinin Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədr müavini də yaranmış vəziyyətdən narahatlığını bildirib. Onun sözlərinə görə, əgər Urmiya gölünün qurumasının qarşısı alınmasa, duz küləkləri Tehrana qədər gedib çıxacaq.
Qeyd edək ki, dünyanın ikinci ən böyük duzlu gölü olan Urmiyanın 70 faizi tamamilə quruyub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR