Nazir: “Alternativ qayğı mərkəzlərinin yaradılması sayəsində 298 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb”

Nazir: “Alternativ qayğı mərkəzlərinin yaradılması sayəsində 298 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb”
# 29 oktyabr 2012 10:34 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməldaşlıq modelinin işlənib hazırlanması” layihəsi ilə əlaqədar keçirilən tədbirdə bildirib. Nazir deyib ki, görülən tədbirlər nəticəsində 2006-2015-ci illəri əhatə edən “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı”na cəlb edilən 43 uşaq müəssisəsində təlim-tərbiyə alan uşaqların sayı azalıb: “2008-ci ildə bu müəssisələrdə 14 398 uşaq olub, 2012-ci ildə onların sayı 9776 nəfərə enib. Müəssisədə gecələyən uşaqların sayı ötən müddətə 4055-dən 3750 nəfərə qədər azalıb”. Dövlət uşaq müəssisələrindəki uşaqların müəssisələrə düşmə səbəblərinin müəyyənləşdirildiyini deyən nazir bildirib ki, uşaqların 47,1 faizi sosial risk qrupuna daxil olan tək anaların uşaqlardır.

M.Mərdanov deyib ki, belə halların olmaması üçün uşaqların müəssisələrə düşməsinin qarşısını almaq məqsədilə yerli səviyyədə alternativ xidmətlər təşkil edilməlidir. Bu məqsədlə Bakının bəzi rayonlarında günərzi Qayğı Mərkəzləri yaradılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR