Avropada yaşanan iqtisadi böhran Azərbaycana işçi kütləsinin axınına səbəb olub

Avropada yaşanan iqtisadi böhran Azərbaycana işçi kütləsinin axınına səbəb olub
# 06 noyabr 2012 15:45 (UTC +04:00)
Bakı. Könül Kamilqızı – APA “Azərbaycana gəlmiş miqrantların əksəriyyətini əmək miqrantları təşkil edir”. APA-nın xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərinin idarə olunması Baş İdarəsinin rəisi İsmayıl Abdullayev xarici ölkə vətəndaşlarının Azərbaycanda tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmasının ümumi qaydalarına həsr olunmuş geniş toplantı deyib.

Onun sözlərinə görə, Avropa ölkələrində yaşanan iqtisadi böhran iş yerlərinin itkisinə səbəb olub ki, bu da həmin ölkələrə yollanan ənənəvi miqrantların Azərbaycana maraq göstərməsinə və ölkəyə işçi kütləsinin axınına səbəb olub.

Azərbaycanda əmək miqrasiyasının qanunvericiliklə tənzimləndiyini bildirən İ.Abdullayev onu da əlavə edib ki, ucuz işçi qüvvəsinin daxili əmək bazarına və ümumilikdə ölkə iqtisadiyyatına mənfi təsirinin qarşısının alınması böyük əhəmiyyət kəsb edir: “Azərbaycanda tətbiq olunan “açıq qapı” siyasəti, xarici vətəndaşların, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin çox da kəskin olmayan maneələrdən keçməklə ölkədə yaşaması, işlə təmin olunması dövlətimizin dünyaya inteqrasiyasının və demokratik proseslərin nəticəsi kimi dəyərləndirib. Azərbaycanın hazırkı iqtisadi inkişafı və sürətli tərəqqisi həm yaxın qonşu ölkələrin, həm də uzaq xaricin diqqətini böyük bir əmək bazarı kimi ölkəmizə cəlb edir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR