Ramiz Quliyev Almaniyada beynəlxalq festivalda çıxış edib – FOTOSESSİYA

Ramiz Quliyev Almaniyada beynəlxalq festivalda çıxış edib – <font color=red>FOTOSESSİYA</font>
# 14 iyul 2012 09:01 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Almaniyanın Haydelberq şəhərində “Urmu Gölü” festivalı və elmi konfransı keçirilib. Almaniyada fəaliyyət göstərən “Urmu Gölü” komitəsinin təşkilatçılığı ilə keçirilən festivalda dünyanın müxtəlif ölkələrindən - Belçika, Kanada, Rusiya, Almaniya və Türkiyədən dəvət olunmuş qonaqlar və xarici ölkələrdə yaşayan azərbaycanlılar iştirak ediblər.

APA-nın məlumatına görə, festival proqramı çərçivəsində Haydelberq qalasına yürüş və elmi seminar təşkil olunub. Elmi seminarda Əli bəy Məhcubi, professor Ulrix Ayxelman, Almaniya Parlamentinin üzvü Rahim Şmidt, Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, “Urmu Gölü” Komitəsinin üzvləri Həbib Maku, Fəraməz Quluzadə, Əli Nasir, Dünya Azərbaycanlıları Konqresindən MirƏşrəf Fətiyevin cıxışları seminarda iştirak edən qonaqların böyük marağına səbəb olub və son vaxtlar bununla əlaqədar keçirilən tədbirlərlə bağlı diskussiyalar aparılıb.

Festival zamanı Urmu gölünun tarixi və hal-hazırki vəziyyətini əks etdirən plakat və fotosərgi təşkil olunub. İyulun 7-də isə festival çərçivəsində Azərbaycanın xalq artisti, beynəlxalq müsabiqələr laureatı, professor, tarzən Ramiz Quliyevin Haydelberq şəhərində keçirilən solo konserti böyük marağa səbəb olub. Tarzən və onu müşayiət edən pianoçu Gülçin Aslanovanın ifasında Uzeyir Hacıbəylinin “Koroğlu” operasından Uvertürası ilə başlayan konsert proqramı 3 saata yaxın davam edib. Professor Ramiz Quliyev konsertin digər bölməsində isə Azərbaycan klassik muğamları və milli musiqimizin gözəl nümunələri olan xalq mahnılarımızı böyük məharətlə səsləndirərək dinləyicilərdə xoş ovqat yaradıb.

Ramiz Quliyev 2013-cü ildə Berlində daha geniş formatda keçiriləcək növbəti festivala dəvət olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR