Bakıda qətl törətməkdə təqsirləndirilən şəxs həbs edilib

Bakıda qətl törətməkdə təqsirləndirilən şəxs həbs edilib
# 05 iyun 2012 07:50 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakının mərkəzində qətl törətməkdə təqsirləndirilən şəxs həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsi və 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Natiq Həsənovun qətlinin digər iştirakçısı, Bakı şəhər sakini Bahadur Mustafayev iyunun 4-də yaxalanıb.

Qeyd edək ki, mayın 30-da saat 02:30 radələrində Səbail rayonu ərazisində yerləşən və ictimaiyyət arasında «Qırx pilləkən» adlandırılan yerdə Bakı şəhər sakini Natiq Həsənovun üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. “İsti izlər”lə müəyyən edilib ki, mərhum Natiq Həsənov həmin gün tanışı, Rusiya Federasiyasının vətəndaşı, tüfeyli həyat tərzi keçirən, əvvəllər məhkum edilmiş Oleq Borisovets, Bakı şəhər sakinləri Rəşadət Həsənov, Fərid Xasməmmədov və Bahadur adlı şəxs ilə birlikdə spirtli içki qəbul edib. Daha sonra Oleq Borisovets və Rəşadət Nəsənov mübahisə zəminində Natiq Həsənova çoxsaylı zərbələr endirərək onu öldürüblər. Aparılan təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Oleq Borisovets və Rəşadət Həsənov yaxalanıb. Onlar ilkin ifadələrində törətdikləri cinayət əməlini etiraf ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR