Bakıda üç avtomobil toqquşub, ölən və yaralananlar var

Bakıda üç avtomobil toqquşub, ölən və yaralananlar var
# 23 iyul 2012 08:57 (UTC +04:00)
Bu barədə APA-ya bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Hadisə paytaxtın Sabunçu qəsəbəsində qeydə alınıb. Şahin Məlikovun idarə etdiyi «BMW» markalı avtomobil Ramin Zərbəliyevin idarə etdiyi «Mersedes» və Ərəstun Kərimovun idarə etdiyi «VAZ 2104» markalı maşınlarla toqquşub. Nəticədə «VAZ 2104» markalı avtomobildə olan sərnişin Emin Hüseynov aldığı xəsarətdən dünyasını dəyişib. Hadisə zamanı daha bir neçə nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR