BFB-da AZ0101014360 seriyalı 1,5 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da AZ0101014360 seriyalı 1,5 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 03 avqust 2012 15:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0101014360 seriyalı dövlət qeydiyyatından keçmiş dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 1,5 mln. manat təşkil edib. Sifariş 99,86% (gəlirlik 1,46%) qiymətdə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri emitent tərəfindən 99,86% (gəlirlik 1,46%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 1,5 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2012-ci il sentyabrın 7-də icra olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR