Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupuna rəhbər təyin olunub

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupuna rəhbər təyin olunub
# 12 iyun 2012 12:24 (UTC +04:00)
İşçi Qrupundan APA-ya verilən məlumata görə, bu post Azərbaycanda uzun illər polis orqanlarında rəhbər vəzifələrdə çalışmış Məzahir Əliyevə həvalə olunub. Məzahir Əliyevin iyunun 8-dən vəzifəyə təyinat aldığı bildirilib.

Məzahir Əliyevin daxili işlər orqanlarında sonuncu iş yeri Daxili İşlər Nazirliyinin Narkotiklər Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsi olub. O, buradan təqaüdə çıxıb.

Qeyd edək ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, baş nazirin müavini Əli Həsənov
İşçi Qrupun rəhbəri Araz Əliquliyevi işdə yol verilən nöqsanlara görə, ötən ay vəzifədən azad edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR